ABŞ prezidenti onald Tramp Krımın Ukraynanın tərkibinə qaytarılmasını və bu ölkənin şərqində vəziyyətin deeskalasiyaya çevrilməsini istəyir.
AzNews.az Tass-a istinadən xəbər verir ki, Ağ evin mətbuat katibi Şon Spayser çərşənbə axşamı keçirdiyi ənənəvi brifinqdə bu mövqeni nümayiş etdirib.
"Prezident Rusiya hökumətindən Krımı Ukraynaya qaytarmasını və Ukraynaya qarşı zorakılığa son qoymağı gözlədiyini aydın çatdırdı.Bununla yanaşı Tramp Rusiya ilə münasibətləri qaydaya salmağa ümid etdiyini bildirib.”
