jpg-1757566866.jpg)
Çarli Kirkin amansızcasına qətlə yetirilməsi ilə bağlı dərin kədər və qəzəb içindəyəm.
Yenizaman Ağ Evin sosial şəbəkə hesabındakı paylaşımına istinadən xəbər verir ki, bunu siyasi fəal Çarli Kirkin öldürülməsi ilə bağlı yayımladığı videomüraciətdə ABŞ Prezidenti Donald Tramp deyib.
Hadisənin Amerikanı qaranlığa qərq etdiyini bildirən Tramp bu kimi zorakılıq hallarına qarşı mübarizə aparacaqlarını deyib.
"Mənim administrasiyam bu və digər siyasi zorakılıqlarda əli olan hər bir şəxsi, o cümlədən bu əməlləri maliyyələşdirən və dəstəkləyən təşkilatları, eləcə də ölkəmizdə nizam-intizamı təmin edən hakimlərə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və digər şəxslərə qarşı çıxanları tapacaq", – deyə Tramp bildirib.
Tramp Kirkin öldürülməsini özünün Pensilvaniya ştatında uğradığı sui-qəsd cəhdi ilə əlaqləndirib.
Xatırladaq ki, ötən ilin 14 iyulunda Pensilvaniyada seçkiqabağı mitinqdə çıxış edən Donald Trampa atəş açılmış, o, qulağından yaralanmışdı.
.