
ABŞ Prezidenti Donald Tramp bu gün kəşfiyyat xidmətlərinin mətbuat üçün qapalı olan brifinqində iştirak edəcək.
Qrafikə əsasən, brifinq saat 11:00-da Ağ Evin Oval kabinetində başlayacaq. Onun mövzusu açıqlanmır.
Daha əvvəl "The Wall Street Journal" qəzeti məlumat yaymışdı ki, ABŞ Ukraynaya Rusiyanın enerji infrastrukturuna raket zərbələri endirmək üçün kəşfiyyat məlumatları təqdim edəcək. Qeyd edilib ki, amerikalı rəsmilər NATO üzrə müttəfiqlərə Kiyevi eyni dəstəklə təmin etmək xahişi ilə müraciət ediblər.
.