ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd olan Donald Tramp bəyan edib ki, İŞİD terror qruplaşmasını Hilari Klinton və Barak Obama yaradıb.
Associated Press Trampın Missisipi ştatında tərəfdaşları qarşısında çıxışının videosunu Youtube-da yerləşdirib.
"Hilari Klinton Obama ilə birlikdə İŞİD-i yaradıblar”, - milyarder bəyan edib. O, əlavə edib ki, H.Klinton 2009-2013-cü illərdə dövlət katibi postunu tutub. "Ərəb baharı” adlı inqilab dalğası və Liviya ilə Suriyada silahlı münaqişələr məhz həmin dövrdə başlayıb.
Siyasətçi, həmçinin Ər-Riyadda şiə din xadimi Nimr ən-Nimr də daxil olmaqla 47 nəfərin edam edilməsindən sonra Tehranda etirazçıların Səudiyyə Ərəbistanının səfirliyinin binasına hücum etmələrindən danışıb.
