ABŞ Prezidenti Donald Tramp İranla müharibənin xərclərini əhəmiyyətli hesab etmir.

Donald Tramp bu barədə PBS-nin müxbirinə bildirib.

ABŞ Prezidenti qeyd edib ki, “İran rejiminin illərdir davam edən terroru” ilə müqayisədə müharibə “ödəniləcək çox kiçik bir bədəldir”.

Tramp ABŞ qoşunlarının İranda quru əməliyyatı keçirməsinin mümkünlüyü ilə bağlı suala isə cavab verməkdən imtina edib.

ABŞ Prezidenti İranın Xarq adasının bombalanmasından danışıb

Xarq adası sıradan çıxarılıb.

Bunu ABŞ Prezidenti Donald Tramp PBS-nin müxbirinə bildirib.

Tramp qeyd edib ki, Xarq adasındakı boru xətlərini vurmaq istəməyib.

Belə ki, onun sözlərinə görə, vurulacağı təqdirdə, həmin boru xətlərini bərpa etmək uzun illər vaxt aparacaqdı.

Qeyd edək ki, sözügedən ada İranın neft istehsalatı və ixracı baxımından həyati əhəmiyyətə malikdir.

Xatırladaq ki, ABŞ Xarq adasını bombalayıb.

.