Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ölkənin hazırkı vitse-prezidenti Kamala Harrisi təhqir edib.
"RİA Novosti" xəbər verir ki, bu, siyasətçinin Bitcoin 2024 konfransında çıxışı zamanı baş verib.
“Bu otaqda yüksək IQ-ya malik insanlar oturub. Rəqibimin IQ səviyyəsi aşağıdır və mən o kişi haqqında deyil, o qadın haqqında danışıram”, - deyə Tramp Co Bayden və Kamala Harrisi nəzərdə tutaraq deyib.
Qeyd edək ki, Tramp ard-arda üçüncü dəfə prezident seçkilərində iştirak edəcək. O, rəsmi olaraq respublikaçılar tərəfindən irəli sürülüb.
.