"Koronavirus günəş şüasına məruz qaldıqda bir dəqiqədə məhv olur”.
RİA Novosti verdiyi xəbərə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, orqanizmi ultrabənövşəyi şüanın və ya sadəcə, çox güclü işığın təsirlərinə məruz qoymağımız şərtdir: "Əgər günəş şüasını dəri örtüyünə, eləcə də bədən daxilinə çatdıra bilsəniz, koronavirus bir dəqiqə ərzində məhv olur".
