
ABŞ Prezidenti Donald Tramp 2026-cı ilin əvvəlində Çinə səfər edəcək.
Bu barədə Tramp Çin lideri Si Cinpinlə telefon danışığına dair sosial media hesabındakı paylaşımında bildirib.
Tramp oktyabrın 31-dən noyabrın 1-dək Koreya Respublikasında keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində Si Cinpinlə görüşəcəyini açıqlayıb.
Ağ Ev lideri gələn ilin əvvəlində Çinə səfər edəcəyini, Çin liderinin isə uyğun vaxtda ABŞ-a səfər edəcəyini vurğulayıb.
.