
Birləşmiş Ştatların Prezidenti Donald Tramp Ər-Riyadda keçirilən ABŞ-Rusiya danışıqlarını çox yaxşı adlandırıb.
Yenizaman-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə o, yeni fərmanlarını imzaladıqdan sonra jurnalistlərə açıqlamasında deyib.
ABŞ lideri Rusiya-Ukrayna münaqişəsinin həllinə inamının gücləndiyini vurğulayıb.
Ondan Səudiyyə Ərəbistanındakı görüş və danışıqlardan sonra Rusiya-Ukrayna münaqişəsinin həllinə dair sazişin bağlanacağına əmin olub-olmaması barədə danışması istənilib. "Mən daha çox əminəm ki, onlar (danışıqlar - red.) çox yaxşı olub", - o, jurnalistlərə deyib.
İmzalanma ABŞ liderinin Florida ştatının Vest-Palm-Biç şəhəri yaxınlığında yerləşən Mar-a-Laqo malikanəsində baş tutub.
.