![](/uploads/img/posts/2025/01/02/677631729052c677631729052d1735799154677631729052a677631729052bjpg-1735799414.jpg)
Ölkəmiz xaos içindədir.
Bu barədə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp "Truth" hesabında paylaşım edib.
"Ölkəmiz bütün dünyada gülüş obyektidir! Zəif, təsirsiz və demək olar mövcud olmayan rəhbərliklə açıq sərhədləriniz olduqda belə olur", - Tramp qeyd edib.
Tramp bildirib ki, DOJ, FTB və prokurorlar amerikalıları zorakılıq və korrupsiyadan qorumaq əvəzinə, ona hücum etməyə diqqət yetirirlər:
"Demokratlar millətimizi iflasa uğratdılar və təhlükəsizliyi və demokratiyanı bərpa etmək üçün təcili tədbirlər görülməlidir. 20 yanvarda görüşənədək".