ABŞ prezidenti Donald Tramp bir neçə ölkənin Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsində iştirak etməyə hazır olduğunu deyib.

O, bunu mövqeyi şənbə günü “NBC News”a verdiyi müsahibədə açıqlayıb.

"Onlar nəinki hazırdırlar, həm də bunun əla bir fikir olduğunu düşünürlər. Biz boğazı tamamilə təmizləyəcəyik və əminik ki, çətinlik çəkən və bəzi hallarda neft ala bilməyən digər ölkələr də bizə qoşulacaqlar", - Tramp bildirib.

Lakin Tramp boğazda təhlükəsizliyin təmin olunmasında iştirak etmək istəyən ölkələrin adlarını çəkməkdən imtina edib.

Enerji bazarı sabitləşəndən sonra ABŞ Rusiya neftinə sanksiyaları bərpa edəcək

Yaxın Şərq münaqişəsi səbəbilə yüksələn enerji qiymətləri normal vəziyyətə qayıtdıqdan sonra ABŞ Rusiya neftinə sanksiyaları bərpa etməyi planlaşdırır.

Bunu ABŞ prezidenti Donald Tramp “NBC News”a müsahibəsi zamanı deyib.

O, Rusiyadan neft və neft məhsullarının satışına qoyulan sanksiyaların müvəqqəti olaraq ləğvi ilə bağlı suala cavab olaraq "Mən dünya üçün neft istəyirəm" deyib.

.