ABŞ Prezidenti Donald Tramp Alyaskada keçirilən sammitdən sonra özünün, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə görüşün mümkünlüyünü şərh edib.

Amerika lideri bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.

"İndi məsələ prezident Zelenskinin əlindədir və mən həmçinin deyərdim ki, Avropa ölkələri bir az müdaxilə etməlidirlər, lakin bu, prezident Zelenskinin işidir. Düşünürəm ki, biz hazırıq və əgər onlar istəsələr, mən növbəti görüşdə olacağam. İndi onlar prezident Zelenskinin prezident Putinlə görüşünü təşkil etməyi planlaşdırırlar", - deyə o bildirib.

.