ABŞ Prezidenti Donald Tramp “Arzuedənlər koalisiyası”nın üzvləri ilə danışıqlarda onları Rusiya neftini almağı dayandırmağa çağırıb.

Bu barədə “Reuters“ Ağ Ev rəsmisinə istinadən məlumat verib.

Ağ Ev rəsmisinin bildirdiyinə görə, Donald Tramp cümə axşamı günü Avropa liderlərinə bildirib ki, Avropa Rusiyanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirməsinə kömək edən rus neftinin alınmasını dayandırmalıdır.

.