
ABŞ Türkmənistanla tərəfdaşlığın genişlənməsinə ümid edir.
Bunu ABŞ Prezidenti Donald Tramp Müstəqillik Günü münasibətilə türkmən həmkarı Serdar Berdimuhammedova ünvanladığı təbrik məktubunda qeyd edib.
Təbrik mətni "Neytral Türkmənistan" rəsmi qəzetində dərc olunub.
"Birləşmiş Ştatlar Türkmənistanın müstəqillik əldə etdiyi vaxtdan bəri qurulan münasibətləri yüksək qiymətləndirir… Regional çağırışların həllində və iqtisadi imkanların genişləndirilməsində sizinlə birgə işləməyə ümid edirəm. Səmimi olaraq inanıram ki, qarşıdakı ildə ABŞ və Türkmənistan tərəfdaşlığımızı daha da möhkəmləndirə və dərinləşdirə biləcək", - Tramp bildirib.
.