Vaşinqton və Moskva Rusiya – Ukrayna müharibəsinin həlli üçün mümkün razılaşmanın parametrlərini müzakirə etməyə başlayıblar.

“Bloomberg” xəbər verir ki, bunu ABŞ Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündə söyləyib.

“Biz sazişin konturlarını müzakirə etməyə başlamışıq”, – Ağ evin rəhbəri vurğulayıb.

ABŞ Prezidentinin sözlərinə görə, razılaşma əldə edildikdən sonra Rusiyanın hərbi əməliyyatları bərpa etmək üçün heç bir səbəbi olmayacaq.

.