Prezident Donald Tramp ABŞ-ın silah-sursat çatışmazlığı ilə üzləşdiyinə dair iddiaları təkzib edib.

O, bu barədə “Truth Social” hesabında yazıb.

“Qorxaqlar və xainlər ABŞ-ın sursat qıtlığından əziyyət çəkdiyini deməyi sevirlər. Bu, düzgün deyil. Bizim təsəvvür etdiyimizdən daha çox sursatımız var və biz onların miqdarını misli görünməmiş səviyyələrə qədər artırırıq”, - Tramp qeyd edib.

.