ABŞ prezidenti Donald Tramp “TikTok” sosial xidmətinin Amerikanın “Oracle” şirkəti tərəfindən satın alınmasına razılıq verib.

Bunu amerikalı lider “Fox News” telekanalında yayımlanan çıxışı zamanı bildirib.

“Mən bu sövdələşməyə öz xeyir-duamı verdim. Sövdələşmə iştirakçıları bu işi sona çatdırsalar, yaxşı olardı. Bu baş verməsə də, hər şey yaxşı olacaq… Bunun Çinlə heç bir əlaqəsi yoxdur, bu, tamamilə təhlükəsizdir”, - Tramp belə deyib.

Qeyd edək ki, 20 sentyabrdan etibarən ABŞ-da Çinin “TikTok” və “WeChat” sosial şəbəkələrini yükləmək mümkün olmayacaq.

Xatırladaq ki, ölkə rəsmiləri 15 sentyabr tarixinə qədər sosial şəbəkənin Amerika şirkətləri tərəfindən satın alınmayacağı təqdirdə, “TikTok”u ABŞ-da bloklamağa qərar veriblər. ABŞ kəşfiyyat agentlikləri iddia edir ki, sosial şəbəkə rəhbərliyi istifadəçilərin şəxsi məlumatlarını Çin hökumətinə ötürür və əks-təbliğatla məşğuldur. “Reuters” agentliyinin yazdığına görə, Çin tərəfi “TikTok” tətbiqinin ABŞ bölməsini Amerika şirkətlərindən birinə satmaqdansa, onu bağlamağı düşünür.

.