“ABŞ-da heç kimin bilmədiyi silah sistemləri var”.

TASS xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp cümə axşamı Miçiqan ştatına yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.

Tramp əlavə edib ki, ABŞ-da Rusiyanın və Çinin sahib olmadığı yeni nüvə silah sistemi mövcuddur: "Möhtəşəm silahlarımız var. Xeyr, mən gizli məlumatlardan danışmıram, istehsal etdiyimiz silahlardan danışıram. Silahlı Qüvvələrimiz hər zamankından daha güclüdür”. 

ABŞ lideri bildirib ki, son 3 il yarımda Silahlı Qüvvələrə 2,5 trilyon dollar xərclənib: “Hazırda yeni raketlərimiz var. Ümid edirəm ki, bu silahlardan heç vaxt istifadə etməyəcəyik. Nüvə silahlarımız ən yaxşı vəziyyətdədir”.

.