ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ-ın dövlət borcunu azaldacağına söz verib.

Bu barədə D.Tramp Pensilvaniyada keçirilən mitinq zamanı deyib.

"Ölkəmizin borcunu ödəməyə hazırlaşırıq. Ölkənin 35 trilyon dollar borcu var, lakin bu rəqəmi tez bir zamanda azaltmaq olar", - deyə o bildirib.

 

İyulun 29-da ABŞ Maliyyə Nazirliyi ölkənin dövlət borcunun tarixdə ilk dəfə olaraq 35 trilyon dolları keçdiyini açıqlayıb. ABŞ Konqresinin Büdcə İdarəsinin proqnozlarına görə, 2034-cü ildə dövlət borcu 50 trilyon dolları keçəcək ki, bu da ÜDM-in 122%-dən çoxunu təşkil edəcək.

.