
ABŞ hərbçiləri ötən həftəsonu Suriyada “Əl-Qaidə” terror qruplaşmasının başçılarından birini məhv ediblər.
Bu barədə dövlət başçısı “Truth Social” sosial şəbəkəsində yazıb.
“Son həftəsonu Amerika qoşunları Suriyada “Əl-Qaidə” üzvlərindən birinə qarşı yüksəkdəqiqlikli hava zərbəsi endiriblər. Terrorçuların başçısı bütün region boyu “Əl-Qaidə” ilə əməkdaşlıq edirdi”, – o yazıb.
Tramp həmçinin uğurlu əməliyyata görə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla və hərbi pilotları təbrik edib.
.