ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp vəzifəyə başlayacağı təqdirdə bütün iş vaxtından artıq görülən işə görə vergiləri ləğv edəcəyinə söz verib.

Bu barədə o Arizona ştatında keçirilən mitinqdə deyib.

"Bu gün mən elan edirəm ki, vergilərin azaldılması siyasətimizin çərçivəsində biz bütün iş vaxtından artıq görülən işə görə vergiləri ləğv edəcəyik. Bu, insanlara işləmək üçün daha çox stimul verir və şirkətlərin insanları işə götürməsini asanlaşdırır", - deyə deyə D.Tramp bildirib.

 

D.Tramp əlavə edib ki, əgər ABŞ sakini iş vaxtından artıq işləyirsə, onun həftədə 40 saatdan sonra maaşı vergiyə cəlb edilməməlidir.

.