
ABŞ Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi imkanını araşdırır.
TASS xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
"Biz bütün bu vəziyyəti nəzərdən keçiririk. Ola bilsin ki, Rusiyaya qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməli olacağıq", - o qeyd edib.
Jurnalistin bunun 50 gündən az müddətdə baş vermə ehtimalı barədə dəqiqləşdirici sualına Tramp belə cavab verib: "Bəlkə də".
ABŞ nüvə silahlarının azaldılması istiqamətində Rusiya ilə əməkdaşlıq edəcək
Vaşinqton ABŞ və Rusiyanın nüvə silahlarının azaldılması istiqamətində işə başlamağı planlaşdırır.
“İnterfaks” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Biz bunun üzərində işləməyə başlayacağıq", - o, ABŞ və Rusiyanın nüvə arsenallarının azaldılması perspektivləri ilə bağlı jurnalistlərin sualına cavab verib.
.