"İŞİD-ə qarşı mübarizə aparan ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriya və İraqda bu qatillərin bir zamanlar ələ keçirdikləri ərazilərin 100%-ni geri qaytardığını söyləməkdən şadam".
Bunu ABŞ prezidenti Donald Tramp Davosda Dünya İqtisadi Forumunda çıxış edərkən deyib.
O, eyni zamanda İŞİD ilə mübarizənin hələ başa çatmadığını bildirib.
"Hələ işləmək və döyüşmək məcburiyyətindəyik", - o vurğulayıb.
.
