Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Füzuli, Tərtər və Goranboy rayonlarında səyyar Sənəd Qəbulu Komissiyaları yaradır. TQDK-dan "Report"a verilən məlumata görə, məqsəd adıçəkilən rayonların ümumtəhsil müəssisələrini əvvəlki illərdə bitirən məzunlarının elektron ərizələrini rahat şəraitdə təsdiq etmələrini təmin etməkdir. 
Səyyar SQK-lar aşağıdakı tarixlərdə fəaliyyət göstərəcək.

Rayonun adı Tarix                  Saat                  Ünvan
Füzuli        11-15 aprel 10:00-17:00 Təhsil şöbəsi, Horadiz ş. Gənclər pr.
Tərtər        11-15 aprel 10:00-17:00 Gənclər Mərkəzi, Heydər Əliyev pr. 2
Goranboy        11-15 aprel 10:00-17:00 Heydər Əliyev Mərkəzi, Heydər Əliyev pr. 2

Xatırladaq ki, cari ilin məzunları elektron ərizələrini SQK-ya müraciət etmədən özləri təsdiq edirlər.  
.