"Toylar kraliçası” müsabiqəsinin ikincisi olan məşhur müğənni Tereza Əliyeva ağır avtomobil qəzası keçirib. "Qafqazinfo" xəbər verir ki, o, özünün şəxsi 90 HK 245 dövlət nömrə nişanlı Hyundai Santa Fe markalı avtomobili ilə toya gedərkən Qaradağ rayonu, Xocəhəsən qəsəbəsində gözlənilmədən Kia Serato markalı avtomobil onun qarşısına çıxıb, nəticədə avtomobil qəzası qaçılmaz olub.
Hadisə yerinə gələn Təcili Tibbi Yardım müğənnini ağır yaralı vəziyyətdə yerli xəstəxanaya çatdırıb.
Xəstəxanadan aldığımız məlumata görə, hazırda "Toylar kraliçası”nın vəziyyəti orta ağır olaraq qalır.
.