Madaqaskarda toy karvanı qəzaya uğrayıb.
AzNews.az Sinxua agentliyinə istinadən xəbər verir ki, hadisə Madaqaskarın paytaxtı Antananarivunun şimal-şərq hissəsindən 90 km məsafədə baş verib.
Belə ki, toy karvanı körpünün üstü ilə gedərkən çaya yuvarlanıb. 9-u uşaq olmaqla 45 nəfər ölüb, 24 nəfər isə ağır yaralanıb. Ölənlərin çoxu suda boğulub. Gəlinlə bəyin də avtomobildə olduğu deyilir.
Ölənlərin qohum olduğu bildirilir.
Yenizaman.az
.
