Tovuzda toy mərasimlərinin keçirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində karantin qaydalarına zidd olaraq toy mərasimi keçirilməsi barədə məlumat daxil olub.

RPŞ əməkdaşları dərhal həmin yerə gələrək mərasim iştirakçılarını qanunla müəyyən edilmiş qaydada RPŞ-yə gətirib. Rayon polis şöbəsində həmin şəxslər barəsində inzibati tədbir görülüb.

Daha bir toy mərasimi isə rayonun Qədirli kəndində aşkar edilib.  RPŞ əməkdaşları həmin mərasim barəsində də qanunamüvafiq tədbir görüb, iştirakçılar inzibati məsuliyyətə cəlb edilib. 

.