Bu gün günorta saatlarında Tovuz rayonunda yerli sakinlər daha bir ermənini tutublar.
Yenizaman.az "Turkel" TV-yə istinadən xəbər verir ki, erməni gəncini ilkin olaraq ətrafda yaşayan sakinlər görüb. Sonra həmin erməni gənci Milli Təhlükəsizlik Nazirliyinin Tovuz rayon şöbəsinin əməkdaşlarına təhvil veriblər.
Faktı MTN-in Tovuz rayon şöbəsinin rəisi Azad Qurbanov da "Türkel" TV-yə təsdiqləyib. Onun sözlərinə görə, erməni millətindən olan bu gənc nə Azərbaycan, nə də rus dillərini bilmir. Hazırda həmin şəxs Bakıya - Milli Təhlükəsizlik Nazirliyinə gətirilir.
Xatırladaq ki, Tovuz sakinləri bu il də bir erməni tutmuşdular. Ermənistan vətəndaşı Xocayan Mamikon Tiqranoviç yanvar ayının 28-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində saxlanılmışdı. O, martın 4-də Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində qarşı tərəfə qaytarıldı. Azərbaycan Müdafiə Nazirliyi Xocayanın silahlı və əraziyə keçən erməni diversiya qrupunun bələdçisi olduğunu açıqladı. Qocanın 77 yaşı vardı.
.
