Tovuzda 29 yaşlı arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxsin meyiti tapılıb.

Səbuhi Hacızadənin meyiti Tovuzun Əyyublu kəndində istifadəyə yararsız fermada aşkarlanıb.

İlkin məlumata görə, o, intihar edib. Meyit ağacdan asılı halda tapılıb.

***

Tovuzda baş verən qətllə bəzi təfərrüatlar məlum olub.

Səbuhi Hacızadə ötən gün yaşadığı Monteneqrodan Tovuz rayonuna gəlib. Bu gün səhər saatlarında o, həyat yoldaşı 1996-cı il təvəllüdlü Mətanət Hacızadənin atası evinə gedib. Orada ər-arvad arasında mübahisə düşüb və S.Hacızadə M.Hacızadəni bıçaqlayaraq öldürüb.

Onların 3 azyaşlı oğlu var.

Hazırda S. Hacızasənin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

.