Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Yanıqlı kənd sakini, 1973-cü il təvəllüdlü Rüfət Əliyev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onun bıçaqlandığı bildirilsə də, hadisəsinin kim tərəfindən törədildiyi məlum deyil.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
.