Pekinda idman obyektləri 2022-ci ilin Olimpiya oyunlarının keçirilməsinə hazırdır.

Bunu Beynəlxalq Olimpiya Komitəsinin (IOC) rəhbəri Tomas Bax deyib.

"Biz artıq bu ilin əvvəlində Pekində qış Olimpiya oyunlarına hazırlığa başlamalıyıq. Çin partnyorlarımızın sədaqətini və qətiyyətini görürük, bütün olimpiya obyektləri artıq dünyanın ən yaxşı idmançıları üçün hazırdır", - Bax əlavə edib.

IOC rəhbəri həmçinin Tokionun da 2021-ci il yay Oyunlarının keçirilməsinə hazırlığını qeyd edib: "Tokio əvvəlki kimi bütün tarix boyu ən yaxşı hazırlıqlı olimpiya şəhəri olaraq qalır. Biz yalnız böyük sədaqətinə və qətiyyətinə görə yapon partnyorlarımıza və dostlara təşəkkür edə bilərik".

Tokioda yay Olimpiya oyunları bu ilin 23 iyul - 8 avqust tarixlərində keçiriləcək. Pekində isə qış Olimpiadasının təşkili 2022-ci il fevralın 4-dən 20-dək planlaşdırılıb.

.