Yay Olimpiya oyunlarının keçiriləcəyi Tokioda atletlər kəndində koronavirusa ilk yoluxma aşkar edilib.

Bu barədə Olimpiya oyunlarının təşkilat komitəsi bildirib.

İnfeksiyaya yoluxmuş şəxsin adı açıqlanmır. Onun idmançı olmadığı, iştirakçı ölkələrdən birinin nümayəndə heyətinin üzvü olduğu deyilir.

Qeyd olunur ki, indiyədək Yaponiya paytaxtına gələn idmançılarda koronavirus aşkar edilsə də, bu hal əsasən, hava limanında aşkar edilirdi. Bu, atletlər kəndində qeydə alınmıç ilk yoluxmadır.

Virusa yoluxmuş şəxs təcrid edilib, hazırda onunla təmasda olan şəxslərin müəyyənləşdirilməsi aparılır.

Xatırladaq ki, Tokio-2020 Yay Olimpiya oyunları koronavirus pandemiyasına görə bu ilə təxirə salınmışdı. Yarışlar iyulun 23-dən avqustun 8-dək tamaşaçısız keçiriləcək.

.