Rafael Ağayev Tokio Olimpiadasının gümüş medalını qazanıb.

O, qrupda uduzduğu Luici Buza ilə bu dəfə də bacarmayıb. Ona yuko balı ilə 0:1 hesabı ilə uduzan 36 yaşlı karateçimiz Azərbaycana ilk gümüş medalı qazandırıb.

Bununla da Azərbaycanın rəsmiləşən medallarının sayı dördə çatıb. Daha əvvəl idmançılarımız üç bürünc medal qazanmışdı.

.