Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmış Azərbaycan idmançılarının sayı 47-yə yüksəlib.

Milli Olimpiya Komitəsinin (MOK) mətbuat katibi Günay Malikqızının verdiyi məlumata görə, vəsiqələrdən 9-u cüdo, 7-si güləş, 5-i bədii gimnastikanın qrup hərəkətləri üzrə komanda, 1-i fərdi çövnövçülük, 5-i boks, 3-ü karate, 3-ü atletika, 3-ü üzgüçülük, 2-si taekvondo, 2-si idman gimnastikası, 1-i ağırlıqqaldırma, 1-i güllə atıcılığı, 1-i şosse velosipedi, 1-i qılıncoynatma, 1-i badminton, 1-i triatlon, 1-i stend atıcılığı (vayld-kart) növlərində əldə edilib.

Bunlardan 4-ü lisenziya qazansa da, hələlik MOK-a təsdiq cavabı gəlməyib.

1. Anna Skidan (Atletika - çəkicatma)
2. Maksim Şemberev (Üzgüçülük - 400 m qarışıq)
3. Mariya Stadnik (Qadın güləşi - 50 kq)
4. Şərif Şərifov (Sərbəst güləş - 97 kq)
5. Zöhrə Ağamirova (Bədii gimnastika - çoxnövçülük)
6. Yelizaveta Luzan (Bədii gimnastika - qrup çoxnövçülük)
7. Darya Sorokina (Bədii gimnastika - qrup çoxnövçülük)
8. Məryam Səfərova (Bədii gimnastika - qrup çoxnövçülük)
9. Ləman Əlimuradova (Bədii gimnastika - qrup çoxnövçülük)
10. Zeynab Hummatova (Bədii gimnastika - qrup çoxnövçülük)
11. Marina Nekrasova (İdman gimnastikası - qadınlar çoxnövçülük)
12. İvan Tixonov (İdman gimnastikası - kişilər çoxnövçülük)
13. Ruslan Lunyov (Güllə atıcılığı - 25 m məsafəyə kiçikçaplı tapançadan atəş açma)
14. Elçin Əsədov (Velosiped idmanı - şosse)
15. Milad Beigi Hərçəqani (Taekvondo - 80 kq)
16. Nazim Babayev (Atletika - üç təkanla tullanma)
17. Tayfur Əliyev (Boks - 57 kq)
18. Hacı Əliyev (Sərbəst güləş - 65 kq)
19. Hacımurad Hacıyev (Sərbəst güləş - 74 kq)
20. İslam Abbasov (Yunan-Roma güləşi - 87 kq)
21. Anna Başta (Qılıncoynatma - sablya)
22. Elis Manolova (Qadın güləşi - 68 kq)
23. Rafiq Hüseynov (Yunan-Roma güləşi - 77 kq)
24. Fəridə Əzizova (Taekvondo - 67 kq)
25. Rafael Ağayev (Karate - 75 kq)
26. İrina Zaretska (Karate - +61 kq)
27. Edi Reski Dviçayo (Badminton)
28. Kəramət Hüseynov (Cüdo - 60 kq)
29. Orxan Səfərov (Cüdo - 66 kq)
30. Rüstəm Orucov (Cüdo - 73 kq)
31. Murad Fətiyev (Cüdo - 81 kq)
32. Məmmədəli Mehdiyev (Cüdo - 90 kq)
33. Zelim Kotsoyev (Cüdo - 100 kq)
34. Uşangi Kokauri (Cüdo - +100 kq)
35. Aişə Qurbanlı (Cüdo - 48 kq)
36. İrina Kindzerska (Cüdo - +78 kq)
37. Rostislav Pevtsov (Triatlon)
38. Cavid Çələbiyev (Boks - 63 kq)
39. Lorenso Sotomayor (Boks - 69 kq)
40. Alfonso Dominges (Boks - 81 kq)
41. Məhəmməd Abdullayev (Boks - +91 kq)
42. Firdovsi Farzaliyev (Karate - 67 kq)
43. Emin Cəfərov (Stend atıcılığı) - vayld kart

Təsdiq olunmayıb, amma lisenziya qazanıblar:

44. Alexis Kopello (Atletika - üç təkanla tullanma)
45. Ramil Vəlizadə (Üzgüçülük)
46. Əliş Nəzərov (Ağırlıqqaldırma - 109 kq) - universal vəsiqə
47. Məryəm Şeyxəlizadə Xanqan (Üzgüçülük) - universal vəsiqə.

Qeyd edək ki, yekun siyahı iyulun 5-də müəyyənləşəcək. Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək.

.