Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci gümüş medalını qazanıb.

Apasport.az saytının məlumatına görə, sərbəst güləşçimiz Hacı Əliyev olimpiya ikinciliyinə layiq görülüb.

65 kq çəki dərəcəsində dünən ardıcıl 3 qələbə ilə finala yüksələn 30 yaşlı pəhləvanımız həlledici görüşdə yaponiyalı Takuto Otoquroya 4:5 hesabı ilə məğlub olub. Bununla dünya və Avropa çempionumuz gümüş mükafat qazanıb.

Bu, Azərbaycan yığmasının Tokio-2020-də altıncı medalı olub. Hacıya qədər karateçi Rafael Ağayev (75 kq) gümüş, cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominqes (81 kq) və yunan-Roma güləşində Rafiq Hüseynov (77 kq) bürünc medal qazanıb, karateçi İrina Zaretska (+61 kq) isə yarımfinala yüksəlməklə medalı təmin edib.

Digər sərbəst güləşçilərimiz Şərif Şərifov (97 kq) və Mariya Stadnik (50 kq) isə bürünc medal uğrunda görüşə çıxacaq.
 

.