Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 19 növ üzrə mübarizə gedib.
Daha 34 dəst medal atletika, üzgüçülük, beysbol-softbol, basketbol, çimərlik voleybolu, boks, kayak və kanoe, velosiped idmanı, suya tullanma, atçılıq, futbol, qolf, həndbol, karate, müasir pentatlon, bədii gimnastika, voleybol, su polosu və güləşdə sahiblərini tapıb. Beləliklə, 327 dəst medala 93 ölkənin idmançıları yiyələnib.
Bu gün 2 gümüş və bir bürünc müdal qazanan Azərbaycan iki pillə irəliləyib. Hazırda olimpiya komandası 3 gümüş və 4 bürünc medalla 67-cidir.
Siyahıya 87 (38 qızıl, 31 gümüş, 18 bürünc) medalla Çin başçılıq edir.
108 (36 qızıl, 39 gümüş, 33 bürünc) medal qazanan ABŞ kəmiyyətcə 1-ci, keyfiyyətcə 2-ci sırada yer alıb. Medal əyarında 3-cü yeri isə 27 "qızıl", 12 "gümüş" və 17 "bürünc"lə Yaponiya tutur.
2 qızıl, 2 gümüş, 9 bürünc medalı olan Türkiyə isə 11 pillə irəliləyərək, 32-ci sırada yer alıb.
.