Qazaxıstan "OPEC+"un neft hasilatının həcmini tədricən artırmaq barədə qərarını dəstəkləyir.

"Report"un "Akorda"ya istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) baş katibi Heytam əl-Qais ilə görüşdə bildirib.

Tərəflər dünya neft bazarındakı cari vəziyyəti və əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.

K.Tokayev OPEC-in qlobal neft bazarının sabitliyini təmin etməyə yönəlmiş səylərini yüksək qiymətləndirib.

.