Qazaxıstanın taxılının ilk partiyası Ermənistana çatdırılıb.

Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Ermənistan Baş nazir Nikol Paşinyanla mətbuata birgə bəyanatında bildirib.

“Məhdudiyyətlərin aradan qaldırılması və Azərbaycan ərazisi vasitəsilə birbaşa ikitərəfli ticarətə şərait yaradılması qərarına görə Azərbaycan liderinə təşəkkürümü bildirirəm. Belə ki, cari ilin noyabr ayında Qazaxıstan taxılının ilk partiyası Azərbaycan ərazisindən Ermənistana çatdırılıb. Bu təşəbbüsün xüsusi siyasi və iqtisadi əhəmiyyəti var. Qazaxıstan müntəzəm olaraq Ermənistana yüksək keyfiyyətli taxıl məhsulları və digər malları tədarük etməyə hazırdır. Biz bu istiqamətin gələcək inkişafı üçün bütün lazımi səyləri göstərməyə razılaşdıq. Prioritet vəzifələrdən biri iki ölkə arasında birbaşa hava əlaqəsinin açılması və hava yükdaşımalarının təşkilidir. Bu sahədə artıq konkret planlar var, tərəflər yaxın vaxtlarda bu planların həyata keçirilməsinə başlayacaqlar”, – Qazaxıstan Prezidenti bildirib.

.