Qazaxıstan Azərbaycan və Ermənistanın sülh müqaviləsi bağlamaq istəyini alqışlayır.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bəyan edib.
"Qazaxıstan Ermənistan və Azərbaycanın sülh müqaviləsi bağlamaq istəyini alqışlayır. Biz bu mühüm tarixi prosesin uğurla davam etməsini arzulayırıq və həmişə onun irəliləməsində iştirak etməyə hazırıq. Bu mövqeyi bu gün aparılan danışıqlar zamanı yenidən təsdiq etdim", - bildirib.
.
