
Türk xalqları hər zaman birgə köklərlə bir-birinə bağlıdır. Bu, bizim həmrəyliyimizin bariz nümunəsidir.
Bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə deyib.
O bildirib ki, TDT bu gün nüfuzlu platformaya çevrilib.
Qazaxıstan lideri Azərbaycanın sədrliyində də TDT-nin fəaliyyətini uğurla davam etdirəcəyinə inamını ifadə edib.
Qazaxıstan Prezidenti TDT-nin Kibertəhlükəsizlik Şurasının təsis edilməsini təklif edib
Azərbaycan və Ermənistan arasında sülhlə bağlı birgə bəyanatın imzalanmasını təqdir edirəm.
Bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.
Qazaxıstan Prezidenti bildirib ki, bu mühüm addım 30 illik münaqişənin həllində həlledici rol oynayacaq.
“Qazaxıstan TDT+ formatını təklif edir. Bununla biz təşkilatımızın nüfuzunu artırmış olarıq. Eyni zamanda, Kibertəhlükəsizlik Şurasının təsis edilməsini də təklif edirəm”, - Tokayev vurğulayıb.
Bu il TDT maliyyə nazirlərinin iclasının keçiriləcəyini qeyd edən Qazaxıstan Prezidenti deyib ki, Türk ticarət palatası mühüm əhəmiyyətə malikdir:
“Türk İnvestisiya Fondunun da fəaliyyətinin də imkanlarından geniş istifadə etməliyik”, - o əlavə edib.
Biz Trans-Qazaxıstan dəmir yolu layihəsi üzərində də çalışacağıq
“Biz Trans-Qazaxıstan dəmir yolu layihəsi üzərində də çalışacağıq. Bizim təşəbbüslərimiz regional bağlantıların şaxələndirilməsinə mühüm töhfələr verəcək”.
Bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.
Qazaxıstan Prezidenti türk dövlətlərini hava limanları, dəniz limanları üzərində işləməyə çağırıb: “Bu gün süni intellekt texnologiyasından da istifadə mühüm əhəmiyyətə malikdir. Rəqəmsal Monitorinq Mərkəzinin də yaradılmasını təklif edirik. Bizim hədəfimiz tam rəqəmsallaşdırılmış dövlət yaratmaqdır. Rəqəmsal İnnovasiya Mərkəzinin də yaradılmasını təklif edirik. Bu mərkəz süni intellekt sahəsində mübadilələrin aparılmasına və vəsaitin cəlb edilməsinə şərait yaradar. Gələn sammitimizin süni intellekt və rəqəmsal inkişafahəsr edilməsini təklif edirəm”.
Tokayev enerjinin effektivliyinə həsr edilmiş Şuranın təşkilini də təşklif edib. O, Şuranın yaradılmasının əhəmiyyətini vurğulayıb və bildirib ki, bizim iqtisadiyyatlarımızın əsas sütunu enerji sektorudur.
Qazaxıstan Prezidenti Xəzər dənizi ilə bağlı türk dövlətlərinə çağırış edib
"Biz Xəzər dənizində vəziyyətin yaxşılaşdırılmasına çalışmalıyıq”.
Bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə deyib.
O, Xəzər dənizi ilə bağlı türk dövlətlərinə çağırış edib. Tokayev həmçinin bildirib ki, gələn ilin aprel ayında Davamlı Gələcək üçün Birgə Baxışla bağlı BMT-nin sammitini keçirəcək. Türk dövlətlərinin həmin sammitdə iştirakını istəyirik.
Türkün türklə ədavətə haqqı yoxdur
Türk Səyyahlar Klubu da yarada bilərik.
Bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə deyib.
Kasım-Jomart Tokayev TDT-yə üzv ölkələrinin ziyalılarının bir araya gəlməsinə dair təşəbbüslə də çıxış edib: “Görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadə dediyi kimi, türkün türklə ədavət aparmağa haqqı yoxdur. Biz türk dövlətlərini bir araya gətirmək üçün əlimizdən gələni edəcəyik”.
.