Timsah çimən qadına hücum edərək onu özü ilə aparıb.

Cebhe.info xəbər verir ki, hadisə Avstraliyada baş verib. Kvinslend şəhərində Deyntri parkında baş verən hadisədə timsah qadına gözlənilmədən hücum edib.

Qadın axşam saatlarında rəfiqəsi ilə dənzidə çimmək istəyib. Ancaq bu zaman qadınlar üzərlərinə gələn timsahı görərək sudan çıxmağa çalışsalar da, buna nail ola bilməyiblər. Timsah qadınlardan birini özü ilə bərabər aparıb. Digər qadın isə xəstəxanaya çatdırılıb. İtən qadının axtarışına helikopter də cəlb edilib. Ancaq hələlik axtarışlar nəticə verməyib.

.