ABŞ-Rusiya münasibətləri ən aşağı həddə çatıb. "Gazeta.ru” verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Reks Tillerson Senatda keçirilən dinləmələr zamanı bildirib.

"Mən dediyim kimi, münasibətlər ən aşağı həddə çatıb, onlar daha da pisləşir. Məqsədimiz onları normallaşdırmaqdır. Biz Rusiya hökuməti ilə işgüzar münasibətlərin bərpası üçün zəmin müəyyənləşdirməkdən ötrü maraqlarımıza uyğun olan bəzi sahələrdə çalışırıq”, - deyə M.Tillerson qeyd edib.
Tillerson Suriyaya dair iki ölkə arasındakı əməkdaşlıqda irəliləyişin olduğunu qeyd edib.

Rusiya Niderland və Fransadakı seçkilərə müdaxilə edib."RİA Novosti” verdiyi xəbərə görə, bunu da ABŞ dövlət katibi Reks Tillerson Senatdakı dinləmələr zamanı müvafiq suala cavabında bildirib.
"Bəli, mən hesab edirəm ki, edib”, - deyə o qeyd edib. Tillerson həmçinin Rusiyanın NATO-nun zəif olmasında maraqlı olduğunu bildirib.
Rusiya tərəfi bundan əvvəl dəfələrlə ABŞ xüsusi xidmət orqanlarının Moskvanın ABŞ, Fransa və Almaniyada seçkilərə təsir etmək cəhdlərinə dair ittihamlarını rədd edib.
.