2005-2013-cü illər ərzində Azərbaycan Respublikası ərazisində və Bakı şəhərində 500 - dən artıq irili-xırdalı səhiyyə müəssisələrində təmir tikinti işləri aparılıb.
Bu barədə Səhiyyə Nazirliyinin səhiyyə obyektləri şəbəkəsinin inkişafının planlaşdırma şöbəsinin müdiri Əli Abbasov məlumat verib. Onun sözlərinə görə, bu müddət ərzində "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-cı illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” üzrə Zirə qəsəbəsində Sağlamlıq mərkəzi, Zabrat Diaqnostika mərkəzi, Türkan qəsəbəsində Vərəm sanatoriyası, Xocasən, Zığ qəsəbələrində sağlamlıq mərkəzi üçün yeni binalar və sair obyektlər inşa edilmiş və ya təmir olunaraq, müasir tibbi avadanlıqlarla təchiz edilib.
"2011-2013-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində isə onlarla (51 səhiyyə müəssisəsində) xəstəxana və poliklinikalarda təmir-tikinti işləri başa çatdırılmış və əhalinin istifadəsinə verilib: "Bunlardan M.Əfəndiyev adına 2 №-li Şəhər Klinik Xəstəxanası, M.Ə.Rəsulzadə qəsəbəsində 6 №-li Birləşmiş Şəhər Xəstəxanası, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitu, 5 №-li Birləşmiş Uşaq Yoluxucu Xəstəxanası, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun Cərrahiyyə Klinikası, Nərimanov rayonunda Uşaq Bərpa Müalicə Mərkəzi və sair müəssisələrin təmiri, işlərini göstərmək olar”.
Ə.Abbasov deyib ki, "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” nda Səhiyyə Nazirliyi tərəfindən 18 səhiyyə müəssisəsində təmir tikinti işlərinin həyata keçirilməsi nəzərdə tutulub.Hazırda bu işlərin layihə smeta sənədləri hazırlanır.
Şöbə müdiri regionlar üzrə görülən işlərdən də bəhs edib: "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı(2004-2008-cü illər)”çərçivəsində bir sıra tibb müəssiləri yüksək səviyyədə təmir olunub. Belə ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Klinik Tibbi Mərkəz, Respublika Perinatal Mərkəz, Gədəbəy, Hacıqabul, Ağstafa, Naftalan, Şamaxı, Zaqatala, Yardımlı və Səlyan Rayon Mərkəzi Xəstəxanaları, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Horadiz Qəsəbə Xəstəxanası, Göyçay Uşaq Xəstəxanası, Gəncə Regional Perinatal Mərkəzi, Bərdə Doğum Evi, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası, Bərdə və Quba Vərəm Əleyhinə Dispanseri binalarının təmiri başa çatdırılaraq istismara təhvil verilib.
Eyni zamanda ölkədə Respublika Milli Onkoloji Mərkəz, Talassemiya Mərkəzi, Bərdə Uşaq Xəstəxanası, Kürdəmir Mərkəzi Poliklinikası, Hacıqabul Uşaq Tibb Mərkəzi, Yevlax Uşaq Xəstəxanası, Oğuz və Göygöl Rayon Mərkəzi Xəstəxanaları tikilib.
Ə.Abbasov "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində həyata keçirilən təmir-tikinti işlərindən də bəhs edib və bunları bildirib:"Ağcabədi,Cəlilabad,Yevlax,Товуз,Göygöl,Daşkəsən, Şabran Rayon Mərkəzi Xəstəxanaları, İsmayıllıda Lahıc, İvanovka kənd xəstəxanası, Şəkidə Aşağı Göynük,Qaxda Əlibəyli kənd xəstəxanası, Şorsulu Rayonlararası Psixiatriya Xəstəxanası, Yevlax şəhərində 50 çarpayılıq Ağciyər Vərəmi Xəstəxanası, Ağdaşda Qolqəti, Ərəbocaq, İsmayıllıda Topçu, Tircan, Qaxda Güllük, Şəkidə Baş Göynük kənd həkim məntəqələrinin tikintisi həyata keçirilib. Həmçinin Şəki Regional Perinatal Mərkəzi, Astara,Lənkəran, Xaçmaz, , Beyləqan, İmişli, Saatlı, Kürdəmir, Tərtər Rayon Mərkəzi Xəstəxanaları,Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutu, Sumqayıt 1 saylı Şəhər Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Angioloji və Mikrocərrahiyyə Mərkəzin binaları təmir olunub, tibbi avadanlıqlarla təchiz olunduqdan sonra istismara verilib. Bakı Sağlamlıq Mərkəzinin tikintisi, Tibb Universitetinin Terapiya və Cərrahiyyə korpuslarının tikintisi də həyata keçirilib.
"Böyük fərəh hissi ilə qeyd etmək lazımdır ki, Bakı Sağlamlıq Mərkəzi, Tibb Universitetinin Terapiya və Cərrahiyyə korpuslarının, Respublika Milli Onkoloji Mərkəz, Talassemiya Mərkəzi, Ağcabədi Rayon Mərkəzi Xəstəxanası , Yevlax Mərkəzi Rayon Xəstəxanası, Cəlilabad Rayon Mərkəzi Xəstəxanası, Lənkəran Rayon Mərkəzi Xəstəxanası,1 №-li Sumqayıt Şəhər Xəstəxanası, Astara Rayon Mərkəzi Xəstəxanası və bir çox digər səhiyyə obyektlərinin rəsmi açılışlarında möhtərəm Prezidentimiz iştirak edib”.
Ə.Abbasov cari ildə görülən və planlaşdırılan işlərdən də bəhs edib: "2014-cü ildə 43 səhiyyə müəssisəsində təmir tikinti işləri aparlmaqdadır. İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında təmir işləri başa çatdırılaraq istismara təhvil verilib. Yeri gəlmişkən, rəsmi açılışda möhtərəm prezidentimiz də iştirak edib. 3 obyektdə - Saatlı, Sabirabad və Qubada yeni yaradılmış tibb kollecləri üçün binalar təmir olunub, avadanlıq və inventarlarla təchiz olunaraq istismara təhvil verilib. Cari ilin sonunadək Buzovna qəsəbəsində yerləşən Respublika Uşaq Sanatoriyası Elmi-Tədqiqat Pediatriya İnstitutu, Masallı rayonu Boradigah Qəsəbə Sahə Xəstəxanası, Masallı Rayonu Kalinovka Kənd Sahə Xəstəxanası obyektlərində təmir işləri başa çatdırılaraq istismara təhvil veriləcək. Quba, Naftalan, Qobustan, Rayon Mərkəzi Xəstəxanalarının tikintisinə başlanılıb. Gəncə, Lənkəran, Şəki və Kürdəmirdə Psixiatriya xəstəxanalarının tikintisi, Qubada isə Psixo-Nevroloji Reabilitasiya Mərkəzinin təmiri üzrə işlər davam etdirilir”.
Nazirlik rəsmisi gələn il həyata keçiriləcək layihələrdən də bəhs edib: "2015-ci ildə 62 səhiyyə müəssisəsində təmir tikinti işlərinin aparılması planlaşdırılır, 25 müəssisənin istismara təhvil verilməsi gözlənilir. Bunlardan Səhiyyə Nazirliyinin Tibbi Reabilitasiya Mərkəzi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının I korpusunu, Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Xəstəlikləri Sanatoriyasını,Respublika Narkoloji Dispanserini, Gəncə şəhərində Abbas Səhhət adına Xəstəxananın, ,Elmi Tədqiqat bərpa İnstitutunu, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasını, Neftçala, Ağsu, Zərdab, Göyçay, Rayon Mərkəzi Xəstəxanalarını göstərmək olar”.
Ə.Abbasov səhiyyə müəssisələrindən birinin tikintisi haqqında daha ətraflı məlumat verdi: "ABŞ Hökuməti Müdafiə Departamenti Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi ilə Azərbaycan hökuməti arasında bağlanmış çətir sazişinə əsasən Bakı şəhərində 8-ci km qəsəbəsində Mərkəzi Referens Laboratoriyasının tikintisi davam edir. Mövcud S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyanın gələcəkdə fəaliyyətini davam etdirəcəyi bu laboratoriyada müasir müayinə üsullarının tərbiq edilməsi ilə qara yara, vəba, taun, brisülyoz, quş qripi, hemorragik qızdırmalar kimi xüsusi təhlükəli yoluxucu xəstəliklərin müayinəsi aparılacaqdır. Bu obyektdə işləyəcək tibbi personal mütəmadi olaraq treyninqlərdə iştirak edirlər. Dünya standartlarının tələblərinə uyğun olaraq tikilən bu obyektin istismara təhvil verilməsi 2015-ci ilin sonuna planlaşdırılır”.
.