Argentina millisinin sabiq futboçusu Karlos Teves baş məşqçisi olduğu “İndependyente” klubundan ayrılıb.
"Report" Argentina klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis komandadan ayrılmaq qərarını özü verib.
O, "İndependyente"ni 2023-cü ildən çalışdırırdı.
Qeyd edək ki, K.Teves futbolçu karyerası ərzində İngiltərənin "Mançester Yunayted”, “Mançester Siti” və İtaliyanın “Yuventus" klublarında çıxış edib.

.