Tərtərin yeni icra başçısı Müstəqim Məmmədov bir il əvvəl ablaşdırılması üçün külli-miqdarda dövlət vəsaiti sərf olunan yerləri viran qoyaraq, yenidən "abadlıq” işlərinə başlayıb.
Mia.az-ın məlumatına görə, hazırda sökülən və yenidən qurulan yerlərdə şəkillərdən də göründüyü kimi abadlıq işlərinin aparılması üçün heç bir zərurət yox idi. Bir il əvvəl abalaşdırılan və hazırda sökülən ərazilərin yenidən abalaşdırlmasının isə ancaq bir açıqlaması ola bilər. Dövlətin milyonlarla vəsaitini bir heç edərək yenidən həmin yerlərə milyonlar sərf edilməsi ancaq ayrılan vəsaitin bir hissəsinin mənimsənilməsi məqsədini daşıya bilər və artıq bu hal bir ənənə halını alıb.
Əslində bu, dövlət vəsaitlərinin talan edilməsindən başqa bir şey deyil. Bu gün Tərtərin abadlaşmaya və sosial problemlərinin həll olunmasına ehtiyacı olan çoxlu kəndləri var. Vəsaitləri həmin kəndlərə və abadlaşdırılmasına ehtiyacı olan yerlərə sərf olunması daha məntiqlidir. Amma icra başçıları heç bir məntiqə sığmayan hərəkətlər edərək eyni yerləri bir neçə dəfə abdalaşdırırlar. Ortada isə çölə atılan dövlət vəsaitləri olur. söhbət mənimsəməkdən gedirsə, icra başçıları yeni ərazilərin abalaşdırılması zamanı da yeni mənimsəmə hallarını həyata keçirə bilərlər. Amma heç bir məntiqə sığmadığı halda icra başçıları dövlətin vəsaitlərini insafsızcasına havaya sovururlar. Halbıki, həmin vəsaitlərə rayonlarda istehsal sahələri yaratmaqla Azərbaycan iqtisadiyyatının inkişafına və insanların sosial problemlərinin həllinə və rifahının yüksəlməsinə ciddi töhvələr verə bilərlər. Amma təəssüflər olsun ki, həmin vəsait səmərəsi yerə xərclənir.
Onu da nəzərə çatdıraq ki, Müstəqim Məmmədovun Tərtərdə sərf etdiyi inşaat materiallarının hamısı Yevlaxdan, yəni icra başçısının tikinti materialları dükanlarından gətirilir. Bu zaman təbii ki, qiymətlərdə bir neçə dəfə şişirdilir və nəticədə Müstəqim Məmmədov iki tərəfli qazanc saxlamış olur. Qeyd etək ki, Müstəqim Məmmədov Yevlaxda çalışdığı zaman şəhərin abalaşdırlıma işlərinə rəhbərlik edib və buna görə də, icra başçısının Yevlaxda bir neçə iri inşaat materialları dükanı var. Həmçinin Tərtərdə çalışan işçilərində Yevlaxdan gətirdiyi bildirilir.
Tərtərdən daxil olan başqa bir məlumatda isə bildirilir ki, Müstəqim Məmmədov rayonun aqrar sektoruna dövlətin ayırdığı subsidya pullarından bələdiyyələrdən və icra nümayəndələrindən pay istəyib. Belə ki, daxil olan məlumatda göstərilir ki, icra başçısı bələdiyyə sədrləri və icra nümayəndələrinin boynuna «hesab» qoyub
Tərtərdən verilən məlumata icra başçısı Müstəqim Məmmədov müavini Abbas Cavadov vasitəsi ilə rayonun 28 kənd bələdiyyə sədrinə və icra nümayəndəsinə sifariş göndərərək hər birindən 5 min manat pul tələb edib. Mənbə bildirir ki, icra başçısı bələdiyyə sədrləri ilə kənd icra nümayəndələrinin bu il nə qədər artıq torpaq yazaraq subsidiya yardımı almalarının siyahısının tutulması üçün aqrar məsələlər üzrə şöbə müdiri Xatirə Məmmədovaya göstəriş verib. İcra başçısının şöbə müdiri isə siyahını tutaraq Müstəqim Məmmədova verib.
Məlumatlı mənbə bildirir ki, icra başçısının icra nümayəndələrinə və bələdiyyə sədrlərinin hər birinə 5 min manat «hesab» qoyması narazılıqla qarşılanıb. Bəzi bələdiyyə sədrləri, icra nümayəndələri bildirib ki, onların bu vəsaiti verməyə gücü çatmır. Bələdiyyə sədrlərinin narazılğına isə icra başçısı «payızda, seçkilərdə görüşəcəyik» mesajı ilə cavab verib.
Bildirilir ki, həqiqətəndə kənd bələdiyyə sədrləri icra nümayəndələri ilə əlbir olaraq əkinə yarasız olan torpaq sahələrini subsidiya yardımina yazdıraraq xeyli qazanc əldə etməyi hesablayıblar. Müstəqim Məmmədov isə bələdiyyə sədrlərinin və icra nümayəndələrinin bu maxinasiyasını dəqiq bildiyi üçün onlardan hesab yığmaq göstərişi verib.
Qeyd edək ki, Müstəqim Məmmədov ay yarım əvvəl Tərtər rayonuna icra başçısı təyinatı alıb. O daha öncə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini-şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrində çalışıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
.