Tərtərdə məktəbdə yanğın hadisəsi olub.
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Tərtər rayonu, Səhləbad kəndində hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 500 m² olan birmərtəbəli 8 otaqdan ibarət olan məktəbin 50 m² olan otaqında 35 m² sahədə əşyalar yanıb. Digər otaqlar və yaxınlıqdakı uşaq bağçası yanğından mühafizə olunub.
Yanğın saat 07:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
