Tərtər rayonunda 5 otaqlı olan evdə yanğın olub.
Yenizaman.az Fövqəladə hallar nazirliyinin saytına istinadən xəbər verir ki, Tərtər rayonu, Dəmirçilər kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan birmərtəbəli 5 otaqlı olan evin mətbəxinin yanar konstruksiyaları 50 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
