Tərtərdə ar-arvadın qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Hadisə avqustun 6-sı səhər saatlarında qeydə alınıb.
1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev həmyerlisi 1941-ci il təvəllüdlü Əsgər Səmədovun yaşadığı evə pəncərədən girib. O, 17 400 manat pulu oğurlayıb, sonra izi itirmək və öldürmək məqsədi ilə gətirdiyi benzinlə evi yandırıb.
Həmin zaman Ə.Səmədovun və arvadı 1954-cü il təvəllüdlü Adilə Hüseynovanın yuxudan oyandığını görüb qapını bağlayaraq hadisə yerini tərk edib.
O da məlum olub ki, Vüqar Baxşəliyev əvvəllər Cinayət Məcəlləsinin bir sıra maddələri (177, 178, 320, 312, 326) üzrə məhkum olunub.
.
