![](/uploads/img/posts/2024/02/04/21jpg-1707060188.jpg)
Fevralın 4-də saat 18 radələrində Tərtər rayonu Qızıloba kəndi ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, rayonun Qaradağlı kənd sakini 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu heyvanları örüş sahəsindən gətirərkən minaya düşüb.
O ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyyə edilib.
Araşdırma aparılır.
.