"Boko Haram" terrorçuları Nigeriyanın şimal-şərqində yerləşən Baqha şəhərində xəstəxanaların birinə silahlı hücum təşkil edib. Hücum zamanı aralarında həkim və xəstələrin də olduğu 10-dan çox sadə vətəndaş öldürülüb.
Ölənlərin arasında uşağını dünyaya gətirməyə hazırlaşan ana da olub. Hadisə şahidləri qətliamdan sonra ortaya çıxan dəhşətli görüntülərdə uşaq və ananın orqanlarının ətrafa səpələndiyini deyib.
Xatırladaq ki, "Boko Haram" terror qruplaşması ötən ilin sonunda "İŞİD”ə beyət etdiyini açıqlayıb.
(azadxeber.net)
.